Dadaşov zədələndi, altı ay oynamamaq təhlükəsi var

12:18 - 3 Aprel 2024

“Dinamo”nun (Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşov zədələnib.

Sportal.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, milli komandamızda da oynamış forvard son məşqdə komanda yoldaşı ilə mübarizə zamanı dizindən xəsarət alıb.

Bundan sonra Dadaşov məşqi vaxtından əvvəl başa vurmalı olub.

MRT müayinəsindən sonra “Dinamo”nun bombardirinin 6 aylıq, yoxsa qısamüddətli sıradan çıxdığı olacaq.

Həkimlərin ilkin müayinəsi zamanı isə Rüfətin 6-8 ay oynamamaq ehtimalının yüksək olduğu bildirib.

Xəbər xətti