"Neftçi"nin qolkiperi "Qarabağ"la matç barədə: "Nəyə görə belə olduğunu bilmirəm"

12:55 - 3 Aprel 2024

“Neftçi”nin qapıçısı Rza Cəfərov Azərbaycan kubokunun “Qarabağ”la yarımfinal mərhələsinin ilk görüşündən sonra jurnalistlərə açıqlama verib.

Sportal.az xəbər verir ki, gənc qolkiper Ağdam klubuna 0:4 hesablı məğlubiyyəti şərh edib: "Nəyə görə belə olduğunu bilmirəm. Bu nəticə üzücüdür. Lakin gələcəyə nikbinliklə baxmaq istəyirəm. Bu oyunda da əlimdən gələni etdim. Ancaq daha az qol buraxmaq üçün daha çox şey etməliyəm".

Cəfərov Premyer Liqanın 29-cu turu çərçivəsində qarşılaşacaqları “Sumqayıt”la matç barədə isə bunları bildirib: “Mütləq toparlanmaq lazımdır. “Sumqayıt”la görüşə qələbə üçün çıxacağıq. Sona qədər mübarizə aparacağıq. Premyer Liqada ikinci pilləni tutmaq məqsədimiz dəyişməyib. Doğrudur, rəqiblərimiz çoxdur. Bu mövsüm ikinci yer uğrunda mübarizə qızğın gedir. Başa düşürük ki, qarşısına bu cür məqsəd qoyan yeganə komanda biz deyilik. Ona görə də mövqeyinizi möhkəmləndirmək üçün qalib gəlməliyik”.

Mirbağırağa

Xəbər xətti