Kamerun milli komandasının yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Sportal.az federasiyaya istinadən xəbər verir ki, yığma komanda belçikalı Mark Brayza tapşırılıb.
Amma 61 yaşlı mütəxəssisin imzaladığı müqavilənin müddəti açıqlanmayıb. Bris 2023-cü ilə qədər belçikalı “Löven” klubuna başçılıq edib.
Xatırladaq ki, Kamerun millisi Afrika Millətlər Kubokunun 1/8 finalında Nigeriyaya(0:2) uduzduqdan sonra Riqobert Sonq baş məşqçi postundan uzaqlaşdırılmışdı.
Brayz məşqçilik karyerası ərzində “Den Boş”, “Mexelen”, “Əl-Faysali”, “Əl-Raed”, “Sent-Trüden” klublarında işləyib.
saytlarin hazirlanmasi