"Ximki"nin əsas sponsoru olan iş adamı Tufan Sadıqov bildirib ki, komandası Rusiya kubokundan kənar qaldıqdan sonra əsas məqsədi birbaşa Rusiya Premyer Liqasına vəsiqə qazanmaqdır.
Sportal.az xəbər verir ki, "Матч ТВ"yə danışan əslən azərbaycanlı olan biznesmen bunları deyib:
"Komandanın əsas məqsədi birbaşa Rusiya Premyer Liqasına vəsiqə qazanmaqdır. Bu, əsl məqsədimizdir. Bunu həyata keçirmək lazımdır. İnanıram ki, istədiyimizi reallaşdıra biləcəyik".
Rusiya kubokunun "Regionlar yolu"nun 1/4 final mərhələsinin ikinci mərhələsinin matçında "Ximki" "Rostov"a penaltilər seriyasında məğlub olub (0:0, 6:7 penaltilər).
Qeyd edək ki, “Ximki” birinci liqada 24 oyundan sonra 42 xalla liderdir.
saytlarin hazirlanmasi