"Yuventus" "Volfsburq"un müdafiəçisi Maksens Lakrua uğrunda “Milan”la mübarizə aparacaq.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Turin təmsilçisi futbolçu üçün hərəkətə keçib.
Onlar Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Lakruaya görə 10-15 milyon avro ödəmək niyyətindədir.
Bu mövsüm fransalı Bundesliqa və Almaniya kubokunda 26 oyun keçirib, 3 qol vurub.
23 yaşlı mərkəz müdafiəçisi “Soşo” yetirməsidir. O, 2020-ci ildə “Volfsburq”a keçib.
saytlarin hazirlanmasi