"Zirə" "Qəbələ" önünə itkilərlə çıxacaq

15:18 - 3 Aprel 2024

"Zirə" Azərbaycan Kubokunun yarımfinal mərhələsində bu gün "Qəbələ" önünə çıxacaq.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi bugünkü matça itkilərlə çıxacaq.

Belə ki, Rəşad Sadıqov Filip Paxtmann, Rüstəm Əhmədzadə və Məqsəd İsayevin xidmətindən istifadə edə bilməyəcək.

Buna səbəb isə onların zədəli olmasıdır.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmaya 19:00-da start veriləcək.

Xəbər xətti