Azərbaycanlı futbolçunun komandasında baş məşqçi istefası

15:19 - 3 Aprel 2024

Azərbaycan millisinin üzvü Sərtan Taşkının formasını geyindiyi "Manisa"da baş məşqçi istefası baş tutub.

Sportal.az xəbər verir ki, Türkiyə birinci liqasında yarışan klub uğursuz nəticələrə görə Mustafa Dalcı postunda qalmayıb. 

"Manisa" rəhbərliyi də 50 yaşlı məşqçi ilə işbirliyinə son qoymaq qərarına gəlib. Türkiyə klubu qarşılıqlı razılıq əsasında onunla vidalaşıb.

Xatırladaq ki, Taşkının komandası 13-cü pillədədir. 

Xəbər xətti