Minifutbol: "Zirə" uduzdu, "Birbaşa Bakı" qalib gəldi

10:17 - 4 Aprel 2024

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk matçları keçirilib.

Sportal.az xəbər verir ki, müntəzəm mövsümdə 15 oyunda maksimum nəticə göstərmiş "Zirə" pley-off mərhələsinin ilk görüşündə "Aznur"a 0:2 uduzub.

"Birbaşa Bakı" "İnter"i, "Odlar Yurdu" isə "Abşeron"u 4:1 hesabı ilə məğlub edib.

"Real Bakı" - "Qalaksi" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. 

Cavab matçları aprelin 10-da baş tutacaq.

Xəbər xətti