"İnter Mayami" KONKAKAF Çempionlar Kubokunda 1/4 final mərhələsinin ilk görüşündə uduzub.
Sportal.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi kollektiv "Monterrey"lə üz-üzə gəlib.
ABŞ-da keçirilmiş görüşdə Messinin komandası Meksika təmsilçisinə 1:2 hesabı ilə məğlub olub.
Messi zədədən sonra tam hazır olmadığı üçün "Monterrey"ə qarşı oynaya bilməyib.
"İnter Mayami" aprelin 11-də Meksikada cavab görüşünə çıxacaq. .
saytlarin hazirlanmasi