"Yuventus" baş məşqçi postuna italiyalını gətirməyi planlaşdırır

11:49 - 4 Aprel 2024

“Yuventus” baş məşqçi axtarışını davam etdirir.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Massimiliano Alleqri postunu tərk edəcəyi təqdirdə “qoca sinyora” “Brayton”un çalışdırıcısı Roberto De Zerbini dəvət etməyi planlaşdırır.

Artıq onunla ilkin danışıqlar aparılıb. De Zerbi İngiltərə klubunu vaxtından əvvəl tərk edərsə, 15 milyon avro ödəməlidir. Turinlilər isə təzminat ödəmək istəmir.

44 yaşlı mütəxəssis isə "Brayton" rəhbərliyi ilə bu barədə danışacaq. Hazırda “Yuventus” İtaliya A seriyasında 3-cü pillədədir.

Xəbər xətti