"Neftçi"nin ölkə kubokundakı antirekordu

12:34 - 4 Aprel 2024

"Neftçi" Azərbaycan Kubokunda ən böyükhesablı məğlubiyyətini alıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, 1/2 finalın “Qarabağ”la ilk matçına təsadüf edib.

Bakılılar bunadək kubokda yalnız bir dəfə böyük hesabla uduzub. 2009/10 mövsümündə “ağ-qaralar” “İnter”ə 0:3 hesabı ilə uduzub.

“Neftçi” 14 mövsümdən sonra aldığı böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə üç deyil, dörd top fərqlə uduzan paytaxt təmsilçisi antirekorda üzülüb.

Xəbər xətti