"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Alisk Rusiyanın "RB Sport" kanalına müsahibə verib.
Sportal.az xəbər verir ki, “Qarabağ”a qayıdacağı iddia edilən braziliyalı “Krasnodar”ın sabiq baş məşqçisi Vladimir İviçin dövründə çox oynamadığı üçün ona kini olmayıb.
Bunu Helsio söyləyib: "Kadinin İviçə qarşı kin-küdurəti yoxdur. Bəli, onun dövründə Kadi az oynadı. Amma həmişə meydana böyük həvəslə daxil olub. Hamı "Krasnodar"ın çempion olmasını istəyir. Kadi də hazırdır".
Qeyd edək ki, Kadi 2023-cü il yanvar ayında "Qarabağ"dan "Krasnodar"a keçib.
saytlarin hazirlanmasi