“Benfika” Anxel Di Maria ilə müqavilə müddətini artırmağı planlaşdırır.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, argentinalı özü də buna müsbət yanaşır. Lissabon təmsilçisi argentinalı ilə müqavilə müddətini 2025-ci ilin yayına qədər artıracaq.
Di Marianın “Benfika” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.
Argentina millisinin 36 yaşlı futbolçusu “Rosario Sentral”, “Real”(Madrid), “Mançester Yunayted”, PSJ, “Yuventus”da oynadıqdan sonra 2023-cü ildə “Benfika”ya qayıtmışdı. O, 2007-ci ildə Argentina klubundan “Benfika”ya keçmiş və üç il Portuqaliya nəhənginin formasını geyinmişdi.
saytlarin hazirlanmasi