Azərbaycan millisinin baş məşqçisi yaxın günlərdə açıqlanacaq. Bir müddətdir ki, Rusiya mətbuatı AFFA-nın Stanislav Çerçesovu milliyə baş məşqçi təyin etmək üçün danışıqlar apardığını iddia edir.
Sportal.az saytına verilən məlumata görə, Çerçesovun adı AFFA-nın siyahısında ümumiyyətlə yer almayıb.
Məlumata görə, AFFA-nın yaratdığı İşçi Qrupu heç təcrübəli mütəxəssislə danışıq da aparmayıb. 60 yaşlı mütəxəssis “Spartak”(Moskva), “Jemçujina”, “Terek”(indiki “Axmat”), “Dinamo”(Moskva), “Legiya”, “Ferentsvaroş” klubları ilə yanaşı Rusiya millisini də çalışdırıb.
saytlarin hazirlanmasi