Minifutbol üzrə Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında rəqibləri bəlli olub.
Sportal.az xəbər verir ki, Elşad Quliyevun rəhbərlik etdiyi kollektiv F qrupunda yer alacaq.
Rəqiblər isə Fransa, İtaliya və Avstriya yığmalarıdır.
Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan millisi son Avropa çempionatının qalibidir.
saytlarin hazirlanmasi