UEFA "Qarabağ"a ödəniş etdi

15:49 - 4 Aprel 2024

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ağdam təmsilçisinə Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro ödənilib.

Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Xəbər xətti