"Çelsi" bu mövsüm "Roma"da icarə əsasında çıxış edən hücumçusu Romelu Lukakunu Səudiyyə Ərəbistanı klublarından birinə satacaq.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, buna görə London klubunun rəhbərliyi onu satmaq məqsədi ilə Səudiyyə Ərəbistanı Futbol Federasiyası ilə əlaqə saxlayıb.
"Çelsi" 30 yaşlı forvardın satışından 60 milyon avro qazanmaq niyyətindədir. "Zadəganlar" yayda bir neçə futbolçunu satmağı planlaşdırdığı və onların transferlərindən maksimum qazanc əldə etmək istədiyi vurğulanır. Belçikalı forvard da həmin siyahıda birincidir.
Xatırladaq ki, Lukaku bu mövsüm bütün turnirlərdə 38 matçda iştirak edib, 18 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi