“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, “Sport-Ekspress”ə danışan rusiyalı qolkiper karyerasının ən çətin dövründən və “Qarabağ”dakı performansından söz açıb:
"İndi özümü necə hiss edirəm? “Lunyovun dirçəlişi” olduğunu deyə bilmərəm. Çünki külə çevrilməmişdim. Bəli, çətin dövrlər oldu. Amma belə də olur. Zədələrim oldu. Üstəlik, “Bayer”də digər qolkiper güclü idi, ona inam da böyük oldu. Sonradan isə avrokuboklarda iştirak edən "Qarabağ"da oynamaq variantım yarandı. İndi də daim oynamağa çalışıram".
Yayda "Qarabağ"la müqavilə imzalayan Lunyov mövsümün sonuna qədər Ağdam klubuna məxsusdur.
saytlarin hazirlanmasi