"İnter Mayami"nin və Argentina millisinin 36 yaşlı futbolçusu Lionel Messi 2024-cü il Yay Olimpiya Oyunlarında iştirak bilər.
Sportal.az xəbər verir ki, bu barədə “Marca” nəşri yazıb.
Belə ki, Argentinanın U-23 yığmasının baş məşqçisi Xavyer Maskerano Lionel Messi, “Aston Villa”nın qapıçısı Emiliano Martinez və “Benfika”nın mərkəz müdafiəçisi Nikolas Otamendini Olimpiya oyunları üçün U-23 yığmasına dəvət edərək, bununla da üç yaşlı futbolçu hüququndan yararlanmış olacaq.
Yayda MLS matçlarının olması səbəbindən Messinin Olimpiadada iştirakı ilə bağlı çətinliyi yarana bilər. Lakin hazırda o, Maskeranonun təklifindən imtina etməyib. Messi Parisaə gedə bilməsə, yığmanın məşqçilər korpusu onu dərhal "İnter"in forvardı Lautaro Martinez, ya da "Mançester Siti"nin hücumçusu Xulian Alvareslə əvəzləyəcək.
Xatırladaq ki, Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
saytlarin hazirlanmasi