Çexiya mətbuatı mart ayının ən yaxşı futbol hadisələri haqda yazı dərc edərkən, Almaniyanın "Bayer" klubunun hücumçusu Patrik Şikin Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı oyunlarındakı (2:2, 3:2) performansına da diqqət çəkib.
Sportal.az xəbər verir ki, “FotbalZpravy" nəşri məhz "Qarabağ"la görüşlərdən sonra Şikin çexiyalılar arasında ən yaxşı futbolçu seçiləcəyini yazıb:
"Martda xaricdə oynayan çexiyalılardan kimin ən yaxşı seçiləcəyi bəlli oldu. Adam Hlojekdən fərqli olaraq, Patrik Şik Leverkuzen klubunda itməyib və yavaş-yavaş forma şansı qazanır. O, mart ayında beş oyunda beş qol vurmağı və matçların sonunda bir neçə dəfə "Bayer"i xilas etməyi bacarıb. O, bunu Avropa Liqasında da nümayiş etdirdi. Yəqin ki, tez-tez “Qarabağ”la matçlar haqda xəyallar quracaq. "Qarabağ"la matçlar haqda xəyallar quracaq. İlk oyunda "Qarabağ" 2:0 öndə olarkən Virt fərqi azaltdı və Şik sonda komandasının ikinci qolunu vurmağı bacardı.
Cavab matçında da oxşar ssenari yaşandı. "Qarabağ" yenə də hesabda öndə idi. Lakin 72-ci dəqiqədə Frimponqun fərqi azaltmasından sonra 90+3-cü dəqiqədə Patrik Şik önə çıxaraq komandasının bərabərlik qoluna imza atdı. 90+8-ci dəqiqədə qələbə qolunu vuran Şik Azərbaycan klubunun Avropa Liqasındakı çıxışına son qoydu".
saytlarin hazirlanmasi