"Dinamo"nun azərbaycanlı hücumçusu Rüfət Dadaşovun durumuna aydınlıq gəlib.
Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq forvardının zədəsi ciddi deyil və dizində problem aşkarlanmayıb.
Onun maksimum 4 həftə meydanlarda olmayacağı bildirilir. Üstəlik, bərpa prosesi yaxşı gedərsə, daha tez komandaya qoşulmaq şansı da var.
Komandanın baş məşqçisi Dirk Kunert Dadaşovun zədəsinin ciddi olmaması xəbərini belə şərh edib:
"Yaxşı xəbər odur ki, Dadaşovun çarpaz bağları zədələnməyib. Amma yenə də bu, bizim üçün böyük zərbədir. Rüfət təkcə hücumçumuz deyil, həm də aparıcı oyunçumuzdur. Nə vaxta qədər olmayacağını gözləyəcəyik".