"Neftçi"nin legionerini Türkiyə klubu istəyir

15:18 - 5 Aprel 2024

“Neftçi”nin müdafiəçisi Yuri Matias Türkiyə klublarının diqqətini çəkib.

Sportal.az saytına verilən məlumata görə, braziyalı futbolçu Superliqada mübarizə aparan “Alanyaspor” Matiası yaxından izləyir.
Türkiyə klubu mövsümün əvvəlindən “Neftçi”nin futbolçusunun performansını diqqətdə saxlayır. "Alanyaspor" Matias üçün yayda “Neftçi”yə rəsmi təklif irəli sürməyi planlaşdırır.

Qeyd edək ki, bu klub 31 turdan sonra Türkiyə Superliqasında 42 xalla 9-cu pillədədir. Əlavə edək ki, Matias 2023-cü il iyulun 18-də “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti