Macarıstanın qadın futbolu üzrə milli komandasının baş məşqçisi Aleksandra Sarvaş AVRO-2025-in seçmə mərhələsi çərçivəsində B1 qrupunun Azərbaycan (5 aprel) və Türkiyəyə (9 aprel) qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, “delmagyar”a danışan qadın mütəxəssis bunları deyib:
"Həm Azərbaycan, həm də Türkiyə millisi aqressiv komandalardır. Onlar təkbətək mübarizələrə diqqət edir. Hər iki komandanın fərdi olaraq yaxşı oyunçuları var. Onları heç vaxt qiymətləndirməmək olmaz. Biz onlara böyük konsentrasiya ilə hazırlaşırıq".
Qeyd edək ki, Macarıstan - Azərbaycan oyunu bu gün Seqed şəhərində, “Seqed Qroşiç Akademiyası” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 19:45-də start veriləcək.
saytlarin hazirlanmasi