"Neftçi"nin hücumçusu Ağadadaş Salyanski iş yerini dəyişə bilər.
Sportal.az saytına verilən məlumata görə, Azərbaycanın U-21 yığmasının forvardına Premyer Liqanın digər klublarından təkliflər var.
“Neftçi”də nadir hallarda heyətə daxil edilən 19 yaşlı futbolçunun mövsüm sonunda komandasını dəyişəcəyi gözlənilir.
Qeyd edək ki, o, mövsümün əsas hissəsini “Neftçi-2”nin heyətində keçirir və hazırda 27 qolla mövsümün bombardiridir. Ağadadaşın "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi