"Cenoa" və İtaliya millisinin forvardı Mateo Reteqi "Yuventus"a keçməyə yaxındır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin təmsilçisi Reteqini transferini bitirmək üzrədir.
24 yaşlı hücumçu bu mövsüm Genuya klubunun heyətində 25 matçda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.
Reteqinin özünün də "Yuventus"a keçməkdə maraqlı olduğu bildirilir. Mərkəz hücumçusu 2023-cü ildə "Cenoa"ya keçib və o, 2028-ci il iyulun 30-na qədər həmin kluba məxsusdur.
İtaliya millisinin üzvü “Boka Xuniors”, “Talyeres”, “Estudiantes”, “Tiqre” komandalarında oynayıb.
saytlarin hazirlanmasi