İrqçiliyə məruz qalıb etiraz etdi, meydandan qovuldu - VİDEO

12:19 - 5 Aprel 2024

İspaniyada növbəti irqçilik üçüncü liqanın "Sestao River" - "Rayo Mayadahonda" matçında baş verib.

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, qonaq komandanın qolkiperi Şeyx Sarr yerli publika tərəfindən irqçiliyə məruz qalıb.

Matçın baş hakimi də seneqallı qapıçıya qırmızı vərəqə göstərərək ona meydandan qovub. Buna səbəb isə odur ki, Sarrın ona qarşı irqçi təhqirlər səsləndirən azarkeşlərlə mübahisə etməsi olub:

"Digər hallarda bunu zarafat kimi də görmək olardı. Lakin şənbə günü belə olmadı. Çünki dəhşətli bir şey idi və mən dayana bilmədim. Onların dedikləri çox kədərli və çirkin idi. Həmin azarkeşi tutdum və niyə məni təhqir etdiyini soruşdum. Münasibətim aqressiv deyildi, sadəcə ondan bunun səbəbini soruşmaq istədim".

Qarşılaşmanın 84-cü dəqiqəsində Sarrın iddia edilən təhqirləri eşitmək üçün çox uzaqda olduğunu deyən hakim onu meydandan uzaqlaşdırıb. Lakin həmin vaxtı Sarrın komanda yoldaşları hakimə və yerli publikaya etiraz əlaməti olaraq meydanı tərk edib. Belədə, matç yarımçıq dayandırılıb. 

Xəbər xətti