Futbol üzrə Azərbaycan I Liqasında XX turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün MOİk öz meydanında "Şamaxı"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 38-ə yüksəldən "Şamaxı" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Eyni sayda xalı olan MOİK isə 4-cü yerdədir.
MOİK - "Şamaxı" 0:1
Qol: Roman Hüseynov, 13 (pen)