"Qarabağ"ın oyununun biletləri satışda

20:17 - 5 Aprel 2024

Misli Premyer Liqasının 29-cu turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" qarşılaşması sabah saat 20:00-da start götürəcək.

Xəbər xətti