"Qəbələ"nin müdafiəçisi Lukas Afriko Sportal.az saytına açıqlama verib. Bölgə klubunun futbolçusu ölkə kubokunun yarımfinal mərhələsinin “Zirə”yə qarşı (2:1) ilk görüşünü şərh edib. Afriko ilk matçdakı məğlubiyyətə baxmayaraq finala adlamaq şanslarını da az görməyib:
"Zirə"yə məğlub olsaq da, biz də qalib gələ bilərdik. Çünki eynisəviyyəli oyun idi. Bu dəfə onlar qalib gəlsə də, hələ heç nə bitməyib. Qarşıda hələ növbəti 90 dəqiqə var. Finala çıxmaq üçün şansımızı saxlamışıq. İndi cavab görüşünü fikirləşirik. Hər iki komanda keyfiyyətlidir və finala vəsiqə üçün sona qədər mübarizə aparacağıq. Şanslar bərabərdir".
"Qəbələ" Premyer Liqanın 29-cu turunda yenidən “Zirə” ilə qarşılaşacaq. Bölgə klubunun legioneri həmin görüşdə qələbə qazanmaq istədiklərini deyib: “Kubok matçından sonra artıq növbəti görüşə hazırlaşırıq. “Zirə” ilə görüşdə qələbə qazana bilərik. İki keyfiyyətli komanda qarşı-qarşıya gələcək. Çalışacağıq ki, uğurlu nəticə qazanaq".
saytlarin hazirlanmasi