"Çelsi" "Real"ın fransızını istəyir

12:34 - 6 Aprel 2024

"Çelsi" bu yay "Real"ın(Madrid) 24 yaşlı yarımmüdafiəçisi Orelyen Çuamenini transfer etməyi nəzərdən keçirir. 

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, London klubunun rəhbərliyi ona bu mövsümün sonunda komandadan ayrılmaq ehtimalı yüksək olan 24 yaşlı yarımmüdafiəçisi Konor Qallagerin əvəzedicisi kimi görür. 

Amma “Çelsi” üçün fransalını heyətinə qatmaq asan olmayacaq. Məsələ burasındadır ki, Orelyenin “Real”dan ayrılmaq istəmədiyi vurğulanır.

Xatırladaq ki, bu mövsüm Çuameni bütün turnirlərdə 32 qarşılaşmada iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. 
 

Xəbər xətti