"Real" və "Arsenal"ın sabiq yarımmüdafiəçisi Mesut Özil "Yuventus"da oynamaq istəyib.
Sportal.az xəbər verir ki, Almaniya millisinin veteran futbolçusu bununla bağlı “X” səhifəsindəki hesabında yazıb.
O, "Yuventus" formasındakı fotosunu paylaşaraq Turin klubunda oynamadığı üçün peşman olduğunu bildirib:
“Mən karyeramla və oynamaq şərəfinə nail olduğum bütün gözəl klublarla fəxr edirəm. Amma siyahıda yalnız bir klub çatışmırdı. O da mənim italyan sevgim olan "Yuventus".
Xatırladaq ki, Özil 2023-cü ilin martında 34 yaşında aktiv futbolçu karyerasını yekunlaşdırıb.
Mesut “Şalke”, “Verder”, “Real”(Madrid), “Arsenal”, “Fənərbaxça”, “İstanbul Başakşeher” klublarında oynayıb.
saytlarin hazirlanmasi