Polşa yüksək liqasında yarışan “LKS Lodz”un müdafiəçisi Rahil Məmmədov Azərbaycana qayıda bilər.
Sportal.az saytına verilən məlumata görə, millimizin üzvünün xidmətində Premyer Liqa klubları maraqlıdır. Daha dəqiq desək, Rahil “Neftçi”nin yeni mövsüm üçün transfer siyahısında özünə yer edə bilib. Lakin onun Azərbaycana qayıdıb-qayıtmayacağı dəqiq deyil.
Məsələ burasındadır ki, futbolçunun özünün legioner həyatına davam etmək istəyi yüksəkdir. Belə ki, Məmmədov “LKS Lodz”dakı performansı ilə elə Polşa liqasının klublarının diqqətini çəkə bilib.
Əlavə edək ki, onun komandası hazırda turnir cədvəlində sonuncu pillədədir. Amma Rahillə klub arasındakı razılaşmaya əsasən, onlar birinci liqaya düşərsə, futbolçu azad agent kimi oranı tərk edəcək.
saytlarin hazirlanmasi