"Atletiko"nun futbolçusu, hazırda "Barselona"da icarə əsasında çıxış edən Joao Feliks gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az "Jijantes"ə istinadən xəbər verir ki, portuqaliyalı Kataloniya klubunda qalmaq istəyində olduğunu gizlətməyib:
"Barselona"da qalıb, karyeramı burada davam etdirməkdən məmnun olardım. Lakin bunlar məndən asılı olan məsələlər deyil. Necə olacağını görəcəyik. Mən özüm həqiqətən də yeni mövsüm "Kamp Nou"da oynamağı çox istəyərdim. Yayda hər şey daha da konkretləşəcək".
Xatırladaq ki, Feliksin “Atletiko” ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir. Portuqaliyalı futbolçu mövsümün əvvəlində imzalanan icarə müqaviləsinə əsasən, yaya qədər "Barselona"da çıxış edəcək.
saytlarin hazirlanmasi