"Real" "Bayer"in futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır 

15:18 - 6 Aprel 2024

"Real" "Bayer"in 20 yaşlı hücumameyilli yarımmüdafiəçisi Florian Virtzə maraq göstərir.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi onun üçün 100 milyon avro ödəməyə də hazırdır.

Bu transferin 2025-ci ildən tez baş tutmayacağı da qeyd olunur. Çünki hələ ki, almaniyalı futbolçu karyerasını “Bayer”də davam etdirmək arzusunda olduğunu rəhbərliyə bildirib.

İspaniya nəhənginin Virtzi transfer etmək üçün əsas rəqabəti “Mançester Siti” ilə olacaq. 

Xatırladaq ki, bu mövsüm Virts bütün turnirlərdə 38 matçda iştirak edib, 13 qol vurub, 18 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidir. 

Xəbər xətti