Premyer Liqada ən məhsuldar müdafiəçi oldu

16:24 - 6 Aprel 2024

"Arsenal"ın müdafiəçisi Ben Uayt bu mövsüm Premyer Liqanın ən məhsuldar müdafiəçisidir.

Sportal.az xəbər verir ki, onun aktivində 2 qol və 4 məhsuldar ötürmə var.

Futbolçu mart ayında göstərdiyi performansa görə Premyer Liqada "ayın oyunçusu" adına namizəd olub.

2021-ci il iyulun 30-da “Arsenal”a keçən 26 yaşlı müdafiəçi 2028-ci il iyunun 30-na qədər London klubuna məxsusdur.

26 yaşlı futbolçu "Brayton", "Nyuport", "Peterboro", "Lids" klublarında oynadıqdan sonra 2021-ci ildə "Arsenal"a keçib.

Xəbər xətti