"Bavariya"dan "Mançester Yunayted"ə

17:23 - 6 Aprel 2024

"Mançester Yunayted" "Bavariya"nın mərkəz müdafiəçisi Dayotçankulu Upamekano ilə maraqlanır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 25 yaşlı fransızın Mançester klubuna keçidi bu yay baş tuta bilər.

İngilislər yayda klubu tərk edəcəyi gözlənilən Rafael Varanın yerini məhz Upamekano ilə doldurmağı planlaşdırır.

2021-ci il iylun 5-də "Bavariya"ya keçmiş Dayo 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.

O, “Zaltsburq”, “Leyptsiq”də oynadıqdan sonra Münhen klubuna keçmişdi.
 

Xəbər xətti