Azərbaycan milli komandasının və “Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev Superliqanın 31-ci turunun “Fənərbaxça” ilə görüşündə (2:4) zədələndiyi üçün oyunu vaxtından əvvəl tərk etməli olub. Millinin qapıçısı elə fasilədə, hesab 1:1 olarkən digər qolkiperlə əvəzlənib.
Sportal.az saytına verilən məlumata görə, ayağındakı şiş azaldıqdan sonra vəziyyətinin nə yerdə olduğunu bilmək üçün MRT müayinəsinə göndəriləcək.
Amma ilkin məlumata görə, Şahruddinin zədəsi o qədər də ciddi deyil. Məhəmmədəliyevin Super Liqanın növbəti turunda “Kayserispor”la görüşünə qədər hazır olacağı gözlənilir.
Qeyd edək ki, “Adana Demirspor” – “Kayserispor” görüşü aprelin 13-də keçiriləcək.
saytlarin hazirlanmasi