MLS liqasında ilk dəfə baş verdi: Tanınmış forvard ən yaxşı seçildi

19:36 - 6 Aprel 2024

"İnter Mayami"nin hücumçusu Luis Suares MLS-də ayın ən yaxşı oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

37 yaşlı uruqvaylı MLS-də 7 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Suarez “İnter Mayami” tarixində MLS-də ayın oyunçusu seçilən ilk oyunçudur. O, turnir tarixində isə bu mükafatı alan üçüncü uruqvaylı oyunçudur.Təcrübəli hücumçu 2024-cü il yanvarın 1-də ABŞ klubuna keçib və onun müqavilə müddəti 2024-cü il dekabrın 31-nə qədər qüvvədədir.

Suarez “Nasyonal”, “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona”, “Atletiko”(Madrid), “Qremio” klublarında oynayıb.

Xəbər xətti