Yığmamızın üzvü qol vurdu, komandası qazandı

10:49 - 6 Aprel 2024

Estoniya çempionatında 5-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, U-21 yığmamızın üzvü Murad Vəliyevin formasını geyindiyi "Nomme Yunayted" növbəti görüşünə çıxıb.

Muradın komandası "Tammeka”nı 2:1 məğlub edib. Meydana start heyətində çıxan Vəliyev sona qədər oynayıb. O, 77-ci dəqiqədə komandasının ilk qolunu vurub.

"Nomme Yunayted” hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti