Türkiyə mətbuatı “Kocaelispor”un birinci liqanın 28-ci turunun “Göztəpə” üzərində qazandığı qələbəni (3:2) şərh edərkən, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin performansını yüksək qiymətləndirib.
Sportal.az “Özgür Kocaeli”yə istinadən xəbər verir ki, türkiyəli həmkarlarımız Şeydayev barədə nikbin olduqlarını yazıb:
"Kocaelispor” braziliyalı hücumçu Duqlas Tankenin gedişindən sonra liqanın zirvəsində olan komandaya qarşı ilk qələbə qazandılar. Cərimə zərbələrindən başqa, qol vurmaq bizim çətin idi və belə də oldu.”Kocaelispor” hər üç qolu penaltidən vurdu. Amma bu görüşdə Ramil Şeydayevin oyununun xüsusilə ümidverici olduğunu gördük.
İstər cinahda olsun, istərsə də hücumun mərkəzində o, gələcəkdə komandanın çıxışına töhfə verəcək kimi görünür. Deyə bilərik ki, millidən yüksək əhval-ruhiyyə ilə qayıtdıqdan sonra tam fərqli Ramil gördük. Beridzenin komanda üçün nə qədər önəmli olduğunun da şahidi olduq. Beridze və Şeydayevin tandemi sayəsində qazanılan penaltini Kandeyaş çevirdi. Deyə bilərik ki, bu qələbə komandanı mübarizədə saxladı. “Kocaelispor” təkcə ilk 7-likdəki yerini təmin etməklə kifayətlənmədi, həm də Super Liqaya vəsiqə üçün birbaşa pley-off mərhələsinin finalına çıxaracaq 3-cü yerə doğru inamlı addım atdı".
"Kocaelispor" 48 xalla turnir cədvəlində 5-ci pillədədir.
saytlarin hazirlanmasi