Azərbaycan yığması bolqarlara uduzdu

19:49 - 6 Aprel 2024

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millimiz B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki "Salaspils BSS" stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu aprelin 9-da, saat 16:00-da "LNK Sporta Parks" stadionunda Latviya yığmasına qarşı keçirəcək.

Xəbər xətti