Mario Balotelli: "Stadionlarda irqçilik etməyə həmişə icazə verilib"

20:45 - 6 Aprel 2024

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli İtaliyada irqi ayrı-seçkilik problemindən danışıb.

Sportal.az “Corriere dello Sport“a istinadən xəbər verir ki, İtaliya millisinin hücumçusu irqçiliyin təhqirdən də pis olduğunu söyləyib:

"Bəzi qaradərili insanlar mənə qarşı düşmənçilik edir və irqçiliyi bəhanə kimi istifadə edirlər. İrqçilik hər yerdə yoxdur. İtalyanlar irqçi deyillər. Sadəcə qaradərili oyunçuların immiqrasiyasına öyrəşmək başqaları ilə müqayisədə daha uzun sürdü. Həqiqət budur ki, onlar mənim kimiləri görməyə öyrəşməyiblər. Problem ondadır ki, stadionlarda irqçi fikirlər səsləndirməyə, irqçilik etməyə həmişə icazə verilib. Amma mən zəmanət verirəm ki, stadionlarda müəyyən sözləri deyənlərin hamısı küçədə, real həyatda deməzdi. Ona görə də bu insanların irqçi olduğunu söyləmək mənim üçün çətindir. Sadəcə, məni incitmək üçün bunu edirlər. Amma onlar başa düşməlidirlər ki, irqçilik təhqir deyil, daha da pisdir".

Xəbər xətti