"Zirə" "Qəbələ"ni məğlub etdi, "Neftçi" -"Sumqayıt" matçında bərabərlik - YENİLƏNİB

21:56 - 7 Aprel 2024

Azərbaycan Premyer Liqasinda 29-cu tura yekun vurulur.

Sportal.az xəbər verir ki, bu gün gün iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edib. Qarşılaşma qəsəbə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun son matçında isə "Neftçi" və "Sumqayıt" üz-üzə gəlib. "Neftçi Arena"da keçirilən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

7 aprel (bazar)

"Zirə" – "Qəbələ" 4:0
Qollar: 
Rəhim Sadıxov, 4, Rafael Utziq, 25, Ceyhun Nuriyev, 27, Fuad bayramov, 57

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov

Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 16:30

"Neftçi" – "Sumqayıt" 1:1
Qollar:
Emin Mahmudov, 73 (pen) - Yuri Matias, 13 (avtoqol)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
"Neftçi Arena", 20:00

Xəbər xətti