Azərbaycan millisinin müdafiəçi Rahil Məmmədovun çıxış etdiyi Polşanın "LKS Lodz" klubunun azarkeşləri Ekstraklasanın 27-ci turunun "Krakoviya" ilə oyunundan (2:2) sonra komandanın üç ən yaxşı futbolçusunu seçiblər.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bütün oyunu meydanda keçirmiş Məmmədov 26% səs toplayıb və bu göstərici ilə ikinci olub.
O, Mixal Mokşiçdən (27%) geridə qalıb. Dani Ramires (17%) isə üçüncü olub.
“LKS Lodz” 18 xalla sonuncu, 18-ci yerdədir.
saytlarin hazirlanmasi