Premyer Liqanın 29-cu turunda "Sumqayıt"ı qəbul edən "Neftçi" heç-heçə ilə kifayətlənməli olub. Matçın əvvəllərində Yuri Matiasın avtoqolu ilə geri düşən meydan sahibləri 74-cü dəqiqədə hesabı bərabərləşdiriblər. Emin Mahmudov fərqlənib.
"Neftçi" bu görüşdə qələbə qazanmağa yaxın olsa da, baş hakim Elçin Məsiyevin qərarları nəticəyə təsir edib. O, əvvəlcə matçın 89-cu dəqiqəsində Andre Şinyaşikinin qolunu qeydə almayıb. Səbəb kimi top braziliyalı futbolçuya çatana qədər onun komanda yoldaşı Boqomolskinin qaydanı pozduğunu göstərib. Hərçənd, təkrara baxanda da, burada ikili mübarizənin getdiyi görünür və buna görə qolu qeydə almamaq təəccüb yaradır.
Daha bir epizod isə matçın son dəqiqələrində yaşanıb. "Sumqayıt"ın müdafiəçisi Şinyaşikini cərimə meydançasında yıxıb, lakin hakim davam işarəsi verib. Bu epizodda aşkar penalti olsa da, Məsiyevin fiti susub. Oyundan sonra "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç də hakimin oyunu korladığını qeyd edib.
saytlarin hazirlanmasi