"Mançester Siti" Rodriyə yeni müqavilə təklif etməyi planlaşdırır.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, ispan futbolçunun klubla hazırkı müqavilə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Rodri həftədə 180 min funt-sterlinq qazanır. "Şəhərlilər”in planına görə, yarımmüdafiəçinin müqavilə müddəti 2028-ci ilin yayına qədər olacaq və futbolçu həftədə 300 min funt-sterlinq gəlir əldə edəcək.
Belə ki, “Mançester Siti” yarımmüdafiəçini liqada ən çox maaş alan futbolçulardan birinə çevirmək istəyir. Rodri “Atletiko”, “Vilyarreal”da oynadıqdan sonra 2019-cu ildə Mançester klubuna keçib.
saytlarin hazirlanmasi