Azərbaycanlı qolkiper Eldar Tağızadə İspaniyada növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, onun komandası “Luqo B” səfərdə “Atletiko-Arteyxo” ya qalib gəlib (2:0).
U-21 yığmamızın qapıçısı 90 dəqiqə meydanda olub.
28-ci turdan sonra "Luqo B" 36 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.