"Çelsi"nin sabiq çalışdırıcısı Frenk Lempard Kanada millisinin baş məşqçisi vəzifəsinə namizədlər siyahısına daxil edilib.
Sportal.az “The Telegraph”a istinadən xəbər verir ki, Kanada Futbol Assosiasiyasının rəsmiləri onunla danışığa keçib.
Lempard da hazırda bu təklifi götür-qoy edir.
Qeyd olunur ki, Kanada Futbol Assosiasiyası 2026-cı il dünya çempionatında milli komanda ilə çalışacaq məşqçi axtarır.
Turnirə ABŞ və Meksika ilə yanaşı Kanada da ev sahibliyi edəcək. 2023-cü ildə ingilis Con Herdman milli komandanı tərk edib və o vaxtdan komandaya müvəqqəti olaraq Mauro Biello rəhbərlik edir.
45 yaşlı mütəxəssis “Derbi”, “Çelsi”, “Everton” klublarını çalışdırıb.
saytlarin hazirlanmasi