Premyer Liqamızda oynayan braziliyalı "Beşiktaş" haqda: "Şərh verməyim doğru olmazdı"

18:23 - 8 Aprel 2024

"Kəpəz"in futbolçusu Junior Martins Sportal.az saytına açıqlama verib.

Braziliyalı yarımmüdafiəçi "Beşiktaş"ın onu istəməsi haqda (bu xəbəri ilk dəfə idmanxeber.az saytı yayıb) xəbərə münasibət bildirib.

O, Türkiyə nəhənginin maraq dairəsinə düşməsi ilə bağlı qısa danışıb:

"Bu haqda heç bilmirəm. Məlumatsızam. Ona görə də məsələyə şərh verməyim doğru olmazdı. İnanın, "Beşiktaş"ın mənimlə maraqlanması haqda heç nə bilmirəm".

24 yaşlı futbolçu "Kəpəz"ə 2023-cü ilin yanvarın 1-də keçib. O, 2024-cü il dekabrın 31-nə qədər Gəncə klubuna məxsusdur.

Xəbər xətti