AFFA-nın yığmamıza cəlb etmək istədiyi futbolçu bu klubla müqavilə imzalaya bilər

19:24 - 8 Aprel 2024

“Örebro”nun qolkiperi Murad Əbdürrəhmanov İsveçdə klubunu dəyişə bilər.

Sportal.az saytına verilən məlumata görə, gənc qapıçı “Forvard”la müqavilə imzalamağa yaxındır.

Həmyerlimiz hazırda “Forvard”da icarə əsasında forma geyinir. Həmin klub onunla uzunmüddətli müqavilə imzalamaq üçün “Örebro” ilə danışıqlara başlayıb.

İsveç aşağı liqasında mübarizə aparan klub Murad üçün qarşı tərəfə ödəniş də edəcək.

Hazırda danışıqlar davam edir və “Forvard”ın Muradın transfer hüququna yayda yiyələnə biləcəyi gözlənilir. 
 

Xəbər xətti